Azərbaycan Kubokunun finalında "Qarabağ" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.

"Maraqlı və çətin çempionat oldu. Kubok finalında baxımlı oyun sərgiləndi. Qarşımızda istəkli, dinamik komanda vardı. Sona qədər məğlub olmadılar, istədiyimiz oyunu oynamağa şərait yaratmadılar. Rəqib komandaya uğurlar arzulayıram. Öz futbolçularımı təbrik edirəm, çempion olduq və kuboku qazandılar. Yeni mövsümə futbolçularımızı daha istəkli hazırlaşdıracağıq".